Milli Məclisdə görüş

meclis20160429

 

Milli Məclisdə Fransa Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşarın başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri arasında görüş keçirilib.

XALQ.AZ  xəbər verir ki, görüşdə çıxış edən Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cavanşir Feyziyev iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyib. Andre Reyşar isə səfərin məqsədinin Azərbaycan-Fransa münasibətləri haqqında daha geniş bilgiyə malik olmaq və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi barədə məlumatlanmaq olduğunu bildirib.

O, həmçinin parlament diplomatiyasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edə biləcəyini qeyd edib və təmasların artırılmasının əhəmiyyətindən danışıb.

Görüş mətbuata qapalı şəraitdə davam edib. Qeyd edək ki, nümayəndə heyətinin Milli Məclisin sədri Oqtay Əsədovla da görüşü nəzərdə tutulur.