Millət vəkili təkliflər irəli sürdü

Картинки по запросу elmira axundova

“Bank sektoruna inam azalıb. Nəticədə intihar edənlər olur. Məndə olan məlumata görə, daha bir neçə bankın birləşdirilməsi gözlənilir. Tələb təklifi üstələyir. Amma sahibkarlar bankdan kredit götürməyə risk etmir”. XALQ.AZ SİA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Elmira Axundova  Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatının müzakirələri zamanı çıxış edərkən deyib.

Çıxışı zamanı səhiyyə ilə bağlı problemlərdən danışan deputat söyləyib ki, dövlət tərəfindən dərman preaparatlarının qiyməti aşağı düşdükdən bir sıra orijinal, yüksək keyfiyyətli xaricdən gələn dərmanlar yoxa çıxıb və onları tapmaq mümkün deyil: “Bəzən ən sıravi məhsulu belə tapmaqda çətinlik çəkirsən. Nazirin burada olmağından istifadə edərək məsələnin araşdırılmasını təklif edirəm”.

E. Axundova son günlər artan dəm qazı ölümləri ilə bağlı fikirlərini də bildirib: “Təklif edirəm ki, “Azəriqaz” qaz xəttləri yeni qurulan zaman evlərdə sayğaclarla yanaşı, dəm  qazını hiss edən avtomatik qurğu da yerləşdirsin. Yoxsa yeni-yeni dəhşətli ölümlərin şahidi olacağıq. Mövcud abonentlərin evində isə bu qurğular məcburi quraşdırılsın”.

Elmira Axundovanın dəm qazı ilə bağlı təklifinə isə vitse-spiker Valeh Əsgərov reaksiya verib. O qeyd edib ki, dədə-babadan evlərdə odun da yandıranda mütləq baca olmalı idi: “ Ona görə ki, əlavə zəhərlənmə maddə evdən çıxısın. Zəhərlənma halları ona görə baş verir ki, yaşayış evlərində belə bir yer yoxdur. Əgər kimsə də cihaz qoymaq istəyirsə, özü alsın qoysun, “Azəriqaz” bunu etməli deyil. Birinci növbədə, əhali evində baxsın ki, qaz yanan zaman əmələ gələn maddələər evdən çıxır ya yox?”