Xanım deputatlar vitse-prezident seçildi

Azərbaycanlı deputatlar Qənirə Paşayeva və Ülviyyə Ağayeva AŞPA-da Azad Demokratlar Qrupunun vitse-prezidentləri seçiliblər.

Картинки по запросу qənirə paşayeva və ülviyyə ağayeva

XALQ.AZ xəbər verir ki, AŞPA-da  Azad Demokratlar Qrupu vitse-prezidenti postuna ümumilikdə 5 nəfər seçilib.

Картинки по запросу qənirə paşayeva və ülviyyə ağayeva

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Ülviyyə Ağayevanın Azad Demokratlar Qrupunun vitse-prezidenti postuna namizədliyi qrup tərəfindən yekdilliklə dəstəklənib. Millət vəkilləri bu etimad üçün qrup üzvlərinə təşəkkürlərini bildiriblər və qrupu Assambleyada daha da fəal təmsil etməyə çalışacaqlarını bildiriblər.

Qrupun iclası AŞPA-da müzakirəyə çıxarılan vacib məsələlərin müzakirəsi ilə davam edib.

 

 

 

Orxan