Milli Məclisin bugünkü iclasına 19 məsələ daxildir

Bu gün Milli Məclisin plenar iclası keçiriləcək.

XALQ.AZ -ın məlumatına görə, plenar iclasın gündəliyinə “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalının təsis olunması ilə bağlı layihə salınıb. Ümumilikdə iclasın gündəliyinə 19 məsələ daxildir.

Bunlar “Konstitusiya Məhkəməsi haqqında”, “Ələt azad iqtisadi zonası haqqında”, “Energetika haqqında”, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Daşınmaz əmlakın dövlət reyesteri haqqında” və s. qanunlara, o cümlədən İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələridir. Bundan başqa, yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq. İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinə də baxılacaq.

Rəsul