Milli Məclisin gündəliyi-AÇIQLANDI

milli-meclis

“Milli Məclisin yaz sessiyasının ilk pelanar iclası 1 fevral  tarixində keçiriləcək”.

XALQ.AZ Modern.az saytına istinadən belə xəbər verir. Bu xəbəri Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.

A.Təvəkküloğlu əlavə edib ki, parlamentin yaz sessiyasının ilk plenar iclasının gündəliyinə 27 məsələ daxil edilib.

 

Yaz sessiyasının ilk plenar iclasında Məclisin İntizam komissiyasının, Hesablayıcı komissiyanın yenidən təşkil edilməsi , 2017-ci il yaz sessiyasının qanunvericilik işlər planı haqqında , bir sıra sazişlərin təsdiq edilməsi ilə əlaqədar sənədlər müzakirə ediləcək. Həmlinin bir çox qanunlarda dəyişikliklər edilməsi ilə bağlı məsələlər də müzakirəyə çıxarılacaq.

 

Gündəlikdə bir sıra qanunlara dəyişiklər də nəzərdə tutulur. Bunlar aşağıdakılardır:

 

1.”İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik;

 

2.Cinayət Məcəlləsinə dəyişiklik;

 

3.İnzibati xətalar Məcəlləsinə dəyişiklik;

 

  1. “Müflisləşmə və iflas haqqında qanunda” qanuna dəyişiklik;

 

  1. “Mühasibat uçotu haqqında” qanuna dəyişiklik;

 

  1. “Reklam haqqında” qanuna dəyişiklik;

 

  1. “Qrant haqqında” qanuna dəyişiklik;

 

  1. “Sosial sığorta haqqında” qanuna dəyişiklik;

 

  1. “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik;

 

  1. “Aviasiya haqqında” qanuna dəyişiklik;

 

  1. Gömrük Məcəlləsinə dəyişiklik;

 

  1. “Gömrük tarifi haqqında” qanuna dəyişiklik;

 

  1. “Qiymətli kağızlar bazarı haqqında” qanuna dəyişiklik;

 

  1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklik