Milli Məclisin növbəti iclası başlayıb

Milli Meclis-1

Azərbaycan Milli Məclisinin (MM) yaz sessiyasının sonuncu plenar iclası başlayıb.

XALQ.AZ -ın xəbərinə görə, MM sədri Oqtay Əəsdovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 38 məsələ daxildir.

Belə ki, “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi, “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi (3-cü oxunuşda), “Diplomatik xidmət haqqında”, “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “Vətəndaşlıq haqında”, “Veteranlar haqqında”, “Büdcə sistemi haqqında”; “Publik hüquqi şəxslər haqqında” qanunlarına dəyişiklik layihələri müzakirə olunacaq.

Bundan başqa, Cəzaların icrası Məcəlləsinə, Cinayət Məcəlləsinə, Əmək Məcəlləsində dəyişiklik layihələrinə də baxılacaq.