Milli orduya yay çağırırşı

33

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamına əsasən Milli Ordu sıralarına yay çağırışı kampaniyası respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da mütəşəkkil keçir. Bu münasibətlə iyulun 3-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsində geniş tədbir keçirilmişdir.
Tədbiri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin rəisi, polkovnik Əqid Bayroyev açaraq bu gün yola salınan gənclərə Vətənin keşiyində ayıq-sayıq durmağı, əsgəri xidmətlərini şərəflə başa vurmağı arzuladı.
Sonra söz Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova verildi. İcra başçısı hərbi xidmətə yola düşən gənclərə Vətəni qorumaq kimi müqəddəs işdə uğurlar, qələbələr diləyərək, onlara Vətən yolunda fədakarlıq göstərməyi, Vətəni şərəflə qorumağı tövsiyə edərək sağ-salamat geri dönmələrini arzuladı.
Valideynlər adından əsgər anası Elvira Ağayeva, Milli Qəhrəman Əsgər Əliyevin atası Hacı Ələkbər Əliyev, əsgər babası Yusif Paşayev, Əfqanıstan Müharibəsi əlili Qabil Abbasov çıxış edərək çağırışçı gənclərə əsgəri xidmətlərində uğurlar arzuladılar.
Tədbirin sonunda Bakıdan gəlmiş tanınmış müğənnilərin, habelə yerli incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı keçirilmişdir.