Milli Polisimiz

“Müstəqilliyimizi təmin etmək üçün bir neçə dövtəl atributi mövcüddür.Əgər onların biri ordudursa,digəri müstəqil xarici siyasətdirsə,o birisi də Daxili İşlər Nazirliyidir,polis orqanlarıdır”                                                                                                                                                                                                                                       Ümummillli lider Heydər Əliyev

“Polis güclü nizam-intizama,yüksək peşakarlığa malikdir”                        Prezident İlham Əliyev                                                                          

 Azərbaycanın MİLLİ POLİS-i xalqımızın inam, etimad ünvanıdır.

Amerikada da, Rusiyada da, Azərbaycanda da evi oğurlanan, maşını əzilən, oğlu öldürülən, özü aldadılan, qonşusundan dad çəkən, banditlərdən bezən, əlqərəz, Cinayət Məcəlləsinin 300-dən artıq maddəsi üzrə hamı və hər yerdə onlara üz tutur. Onlardan umur – öz şəxsi təhlükəsizliyindən tutmuş  ictimai asayişin qorunmasınadək. MİLLİ POLİS-imiz dövlət strukturlarında iş rejimini təmin etmə, qiyamı, bandit birləşmələrini zərərsizləşdirmə, üsyan, mitinq, piket, cinayətkarlıqla mübarizə və s. şərəşur olayların da sipəridir.

Və biz mentalitetimizə uyğun olaraq… polisdə “yaxşı adam” axtarışındayıq. Bizim milli-mental təfəkkürdə “yaxşı adam” ən yaxşı halda cinayəti ört-basdır edən, ən pis halda görməzlikdən gələn hüquq-mühafizə orqanları əməkdaşlarına deyirlər. Ona görə də ağzıgünələr polisdə “yaxşı adamların yoxluğu”ndan gileylənir. Və bu həddən artıq sevindiricidir ki, polisdə “yaxşı adamın yoxluğu”nu kimsə deyirsə, qəti şəkildə əmin olmaq lazımdır ki, hansısa rayonda, hansısa bölmədə hansısa cinayətə göz yumulmayıb. Azərbaycan polisində “yaxşı adam” qıtlığı polis şərəfini qoruyan minlərlə yaxşı vətəndaşın varlığı deməkdir!

Sentimentallıqdan real faktlara keçərək qürur duyduğumuz polisimizin xidmətlərini xatırlayaq. 90-cı illərin əvvəllərinin daxili gərginliyi hələ də unudulmayıb. Bir neçə ilə altı daxili işlər naziri gördük müstəqilliyini yenicə qazanmış Azərbaycanda. Hərəsi də üç ay-beş ay, uzağı bir il duruş gətirə bildi. Silahlı birləşmələr, bandit qruplaşmaları, özbaşınalıq nəinki ictimai asayişə zərbə idi, hətta dövlət strukturlarını haça-paça vəziyyətinə gətirmişdi.

Ulu öndər Heydər Əliyevin gəlişi ilə aparılan islahatlar, xüsusi önəm verilən daxili siyasət az sonra bəhrəsini verdi. Ölkə daxilində vəziyyətin sabitliyinin qorunmasında yorulmadan fəaliyyət nəinki xarici və daxili düşmənlərin, hətta DİN daxilində özlərinə yuva salmış destruktiv qüvvələrin və qiyamçıların zərərsizləşdirilməsi, onlara uğurlu təpki göstərilməsi bir daha Azərbaycan polisinin modern və monolit bir qüvvəyə çevrildiyinin təcəssümüdür.

Budur MİLLİ POLİS-imizin qüdrəti.

 Biz bugünkü əmin-amanlığı  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə    MİLLİ POLİS-mizə  borclu olduğumuzu unutmamalıyıq. Çünki  MİLLİ POLİS-imiz bizim şərəfli nümayəndələrimizdən ibarətdir.

İnanırıq ki,peşəkar, təcrübəli, mübariz daxili işlər naziri general-polkovnuk Vilayət Eyvazovun  rəhbərliyi ilə ölkəmizdə sabitliyin qorunması təmin ediləcək ,cinayətkarlıqla mübarizə daha da gücləndiriləcək.

Bu gün də MİLLİ POLİS-imizin şəxsi heyəti milli dövlətçilik ideologiyasına söykənən prinsiplərlə xidmət edir.

Bayramınız mübarək MİLLİ POLİS-imiz!

XALQ.AZ   Zaur Mirzə-zadə