Milli Şurada kiçik toy-VİDEO

Kirpi.info saytı Milli Şura haqqında çəkdiyi növbəti cizgi filmini paylaşıb. Bu filmə görə, Milli Şura üzvləri Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınması üçün onu “müsəlman etməyi” qərara alırlar. Və qurumun növbəti sessiyasını kiçik toy məclisinə çevirirlər. Amma hadisələr gözlənilmədən elə cərəyan edir ki, Cəmil Həsənli namizəd olur…
Kirpi.info bu yumoristik versiyanı komediya janrında çəkilmiş cizgi filmi vasitəcilə oxucularına çatdırır.