Millimiz belə qol vurdu-Video

 

 

Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Almaniya yığması ilə Azərbaycan milli komandası arasında görüşdə hesab açılıb.

XALQ.AZ məlumat verir ki ,  Almaniya yığmasının oyunçusu Leon Qoretska 8-ci dəqiqədə meydan sahiblərini hesabda irəli çıxarıb. Almaniya: Azərbaycan – 1:0

Oyunun 34-cü dəqiqəsində Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev hesabı bərabərləşdirib: 1:1

Oyunun 53-cü dəqiqəsində Almaniya milli komandası növbəti qolunu vurub. 2:1

64-cü dəqiqədə Bədavi Hüseynov avtoqol vurub. Bununla da Almaniya millisi qol fərqini 2-ə çıxarıb. 3-1

Cəmi 1 dəqiqə sonra, 65-ci dəqiqədə Almaniya növbəti qolunu millimizin qapısından keçirib. 4:1

Oyunun 80-cı dəqiqəsində Əmrəcan 5-ci topu komandamızın qapısından keçirib. 5:1

Beləliklə Almaniya milli komandası Azərbaycan yığmasını 5:1 hesabı ilə   məğlub edib.

 

 

 

Scroll to top