Millimiz dünya çempionatında mübarizəyə başlayır

Qadin-2

Bu gün qadın voleybolçular arasında dünya çempionatının final mərhələsinə start veriləcək.

XALQ.AZ-ın məlumatına görə, turnirin oyunları İtaliyanın 6 şəhərində – Roma, Triest, Verona, Bari, Modena və Milan-da keçiriləcək.

Yarışda 24 komanda iştirak edəcək. Onlardan biri də Azərbaycan millisidi. Tarixində 3-cü dəfə dünya çempionatına qatılan millimizə bu dəfə Aleksandr Çervyakov başçılıq edəcək. Bundan əvvəlki mundiallarda isə Faiq Qarayev sükan arxasında olub və Çervyakov onun köməkçisi kimi dünya çempionatında iştirak edib.

Milli komandamız D qrupunda mübarizə aparacaq. Bu qrupda Çervyakovun yetirmələri Yaponiya, Çin, Puerto-Rika, Belçika və Kuba yığmaları ilə mübarizə aparacaq.

Komandamız İtaliyaya iki ciddi itki ilə yollanıb. Belə ki, komandanın liderləri – hücumçu Natalya Məmmədova və müdafiəçi Valeriya Korotenko mundialda iştirak etməyəcək.

Qeyd edək ki, millimiz ilk dəfə 1994-cü ildə dünya çempionatına qatılıb və 10-cu olub. 2006-cı ildə isə 13-cü yerlə kifayətlənmişik.

Azərbaycan millisinin heyəti

  1. Oksana Parxomenko, 14. Kristina Yaqubova, 8. Natəvan Qasımova, 2. Kseniya Kovalenko, 6. Ayşən Abduləzimova, 15. Aynur Kərimova, 18. Yelizaveta Səmədova, 3. Anastasiya Qurbanova, 5. Odina Əliyeva, 7. Yelena Parxomenko, 17. Polina Rəhimova, 11. Yekaterina Jidkova, 10. Yana Ağayeva, 1. Ceyran Əliyeva, 16. Oksana Kiselyova

Bütün qruplar

A qrupu: İtaliya, Dominikan Respublikası, Almaniya, Argentina, Xorvatiya, Tunis

B qrupu: Braziliya, Serbiya, Türkiyə, Kanada, Kamerun, Bolqarıstan

C qrupu: ABŞ, Rusiya, Tailand, Hollandiya, Qazaxıstan, Meksika

D qrupu: Yaponiya, Çin, Puerto-Rika, Belçika, Kuba, AZƏRBAYCAN

Azərbaycan millisinin oyunlarının təqvimi

D qrupu, Bari

23 sentyabr

I tur

13:30. Çin – Puerto-Rika

20:00. Yaponiya – Azərbaycan

23:00. Kuba – Belçika

24 sentyabr

II tur

13:30. Çin – Azərbaycan

20:00. Belçika – Yaponiya

23:00. Puerto-Rika – Kuba

25 sentyabr

III tur

13:30. Puerto-Rika – Azərbaycan

20:00. Kuba – Yaponiya

23:00. Belçika – Çin

27 sentyabr

IV tur

13:30. Azərbaycan – Belçika

20:00. Yaponiya – Puerto-Rika

23:00. Çin – Kuba

28 sentyabr

V tur

13:30. Azərbaycan – Kuba

20:00. Yaponiya – Çin

23:00. Belçika – Puerto-Rika