Millimiz iki sınaq qarşısında

Futbol-3

Millimizin təlim-məşq toplanışları olacaq.

XALQ.AZ-ın Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) istinadla verdiyi məlumata görə, Azərbaycan milli komandası Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da İtaliyanın Palermo şəhərində İtaliya, oktyabrın 13-də isə Xorvatiyanın Osiyek şəhərində Xorvatiya yığması ilə qarşılaşacaq.

Bununla əlaqədar, millimiz oktyabrın 3-dən 8-dək Almaniyanın Frankfurt şəhərində, oktyabrın 8-dən 11-dək İtaliyanın Palermo şəhərində, oktyabrın 11-dən 14-dək isə Xorvatiyanın Osiyek şəhərində təlim-məşq toplanışı keçirəcək.