Millimizin hər oyunçusuna 150 min. dollar verilidi

78

 

Azərbaycan millisinin oyunçuları son iki oyunun nəticəsinə görə 150 min manat mükafat alıblar. Xalq.az Azerifootball.com-a istinadən verdiyi məlumata görə, Şimali İrlandiya üzərində qələbəyə görə millinin hər üzvünə 80 min manat verilib. Səxavət kisəsini açan Rövnəq Abdullayev oyunda vurulmuş iki qola görə hər oyunçuya əlavə 20 min manat ödənilməsinə də göstəriş verib. Rusiya millisi ilə heç-heçəyə görə isə oyunçulara 50 min manat ödəniləcək. Vurulan qola görə isə futbolçular 10 min manat əlavə qazanacaqlar. Amma bu rəqəmlər əsas heyətdəki futbolçulara aiddir. Əvəzetməyə çıxanlara mükafatın 75 faizi, adı heyətə salınanlar isə 50 faizini çatacaq. Berti Foqtsun heyətə daxil etmədiyi oyunçulara isə mükafatın 25 faizi veriləcək.


Comments are closed.