Millimizin UEFA Millətlər Liqasında rəqibləri məlum olacaq

Bu gün İsveçrənin Lozanna şəhərində UEFA Millətlər Liqası turnirinin püşkatma mərasimi keçiriləcək.

XALQ.AZ  xəbər verir ki, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, Azərbaycanmilli komandasının baş məşqçisi Qurban Qurbanov, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla iştirak edəcəklər.

Püşkatma mərasimi yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 15:00) başlayacaq.