Millət vəkilləri tətildən qayıtdı

Azərbaycan Milli Məclisinin(MM) deputatlarının tətil müddəti bu gün başa çatıb.

Bu həftə parlamentin komitələri işə başlayacaq. Fevralın 1-də isə Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçiriləcək. Yaz sessiyası mayın 31-dək davam edəcək.

Xatırladaq ki, parlamentin sonuncu plenar iclası ötən ilin dekabrın 29-da keçirilib.