Mingəçevir orta məktəblərdə pul yığılıb

Mingecevir

Şəhər Təhsil İdarəsi müdirinin göstərişinə əsasən toplanan vəsaitin abadlıq işlərinə sərf ediləcəyi deyilir 

Məlum olduğu kimi, dövlət başçısı bu yaxınlarda sərəncam imzalayaraq Mingəçevirin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə şəhərə 3 milyon manat ayırdı.

XALQ.AZ xəbər verir ki, həmin vəsaitin konkret olaraq nələrə xərclənəcəyi hələlik məlum olmasa da, abadlıq işlərinə sərf olunacağı ehtimal edilir.

Lakin dünən yayılmış bir məlumat Mingəçevirdə 3 milyondan daha artığına zərurət olduğunu üzə çıxarıb. Daha doğrusu, bu şəhərin bəzi rəsmiləri ya əlavə vəsaitə gərək oldluğu, ya da şəxsi maraqlarından dolayı addımlar atmağa başlayıb.

XALQ.AZ sosial şəbəkələrdə yayılmış məlumatlara əsasən xəbər verir ki, dünəndən etibarən Mingəçevirdəki bütün orta məktəblərin direktorlarından 1000 manatdan pul yığılıb.

Məlumatda vurğulanır ki, həmin pul şəhərdə abadlıq işlərinin aparılması üçün Mingəçevir Təhsil İdarəsinin rəhbərinin göstərişi əsasında toplanılıb.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.