Mingəçevirdə tender oyunu

59

 

Mingəçevirdə abadlığa sərf olunan 13 milyonunun qaranlıq aqibəti

Niyazi Bayramovun abadlaşdırdığı Mingəçevirdə milyonluq korrupsiya «lahiyələri» həyata keçirilir

Soni bir ildə Mingəçevir şəhərində abalıq və yenidənqurma işləri geniş vüsət alıb.

Mingəçevir şəhər icra hakimiyyətinin 2013-cü ildə həyata keçirdiyi təmir, tikinti, yaşıllaşdırma, yolların təmiri, yeni binaların tikintisi və təmiri, parkların, xiyabanların salınması və təmiri və sair işlərə milyonlarla manat vəsait sərf olunub. Lakin görülən bu işlər zamanı ciddi mənimsəmələrə və korrupsiya əməllərinə yol verilib.

Bu barədə PİA.AZ-a Mingəçevirdən daxil olan məlumatda göstərilir ki, görülən işlərin qiymətləri bir neçə dəfə şişirdilib və bu zaman yüz minlərlə manat dövlət vəsaiti mənimsənilib. Daxil olan məlumata əsasən icra hakimiyyətinin ötən il gördüyü böyük miqyaslı təmir tikinti işləri əsasən «Dostluq» parkının tikintisinə (1,97 milyon manat), Mingəçevir şəhərinin prospekt, küçələrin, məhəllədaxili yollara təmiri, (110 min kv-metr asfalt örtüyü qoyulub), 4, 10, 12 saylı uşqa baxçalarının, 4, 10 saylı orta məktəblərin əsaslı təmiri (2,4 milyon manat sərf olunub) şəhər küçələrində abadlıq işləri (1,3 milyon manat sərf olunub) və şəhərin daxili büdcəsi hesabına bir neçə parka, xiyabana 14 min metr səki daşlarının döşənməsi, 5 min metrdən çox dekorativ beton tavaların qoyulması, eyni zamanda şəhərdə yerləşən 90 dan çox binanın dam örtüyünün dəyişdirilməsi, 10 dan çox binalara 10 min kvadrat metrə yaxın metal kirəmit örtüyünün işlənməsi, 2,5 min metr sahəyə qazon örtüyünün salınması, həmçinin şəhərin müxtəlif yerlərinə minlərlə ağac, güll kollarının əkilməsi və sair işlər görülüb. Ümumilikdə bütün görülən işlərə 13 milyon manatdan çox vəsait xərcləndiyi bildirilir.

Məlumatlı mənbə qeyd edir ki, təkcə «Sahil» və Heydər Əliyev adına parkların cari təmirləri üçün daxili büdcədən yarım milyondan artıq vəsait sərf olunub və sərf olunan vəsaitin böyük bir hissəsi mənimsənilib. Çünki adı keçən parklarda cari təmirə elə də ehtiyac olunmayıb və həyata keçirilən dəyişikliklər cüzi olub ki, bu da 600 min manata qədər dövlət vəsaitinin həmin parklara sərf olunmasını imkansız edir.

Məlumatda göstərilir ki, Mingəçevir şəhər icra hakimiyyətinin həyata keçirdiyi abadlıq, asfaltlaşma, yaşıllaşdırma, xiyabanlarin, parkalrın səki örtüklərinin dəyişdirilməsi və dam örtüklərinin yenilənməsi işlərində istifadə olunana mal-materialalrın qiymətləri bir neçə dəfə şişirdilərək külli miqdarad dövlət büdcəsinin mənimsənilib. Belə ki, şəhərin müxtəlif küçələrinə, məhəllərinə, parklarına qoyulan 110 min kvadrat metr asfalt örtüyünün bir kavadrat metri icra hakimiyyətinə 9 manat başa gəlsədə sənədlərdə 11-12 manat qeyd olunub. Bundan başqa yollara döşənən asfaltın qalınlığı da iki dəfə şişirdilib. Bu isə çəkilən yollara xərclənən vəsaitin yarısının mənimsənilməsi deməkdir.

Bundan başqa sənədlərdə şəhərin müxtəlif binalarının dam örtüklərinə vurulmuş 10 min kvadrat metr metal kiramikanın hər bir kvadratmetri 12 manat, parklara, xiyabanlara döşənmiş 14 min metr səki daşlarının 1 kvadrat metri 6 manat, 2,5 min metr qazon örtüyünün bir kvadrat metri isə 15 manat göstərilib. Bu qiymətlərdə normalda olduğundan iki dəfə yüksək olduğu və faktiki olaraq qiymətlərin və fəhlə əməyinin bir neçə dəfə şişirdildiyi qeyd olunur. Belə ki, fəhlələrə günəmuzd 10-15 manat verildiyi halda sənədlərdə bu qiymətlər 25 manata qədər şişirdilib.

Məlumat mənbəyimiz iddia edir ki, «Sahil» parkında, Bayraq Meydanında aparılan təmir işlərində də mal-materialların qiymətləri artırılıb. Mincəçevir şəhər icra hakimiyyətinin 1 və 2 saylı icra nümayəndiliklərinin həya ta keçirdiyi 6 bağçanın cari təmir işlərində də qaranlıq məqamlar var. Hər bağçaının təmirinə 60 min manat vəsait ayrılsa da, görülən işlər 2-25 min manatı ötməyib.

Mənbə bildirir ki, bütün bu ciddi mənimsəmə halları və korrupsiya faktları Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovun birbaşa nəzarəti altında həyata keçirilir. Bu çox milyonluq layihələrin böyük bir hissəsini isə Nifzi Bayramovun qohumuna aid olduğu bildirilən «Lider Monolit» MMC həyata keçirir. Məlumatda qeyd olunur ki, icra başçısı iş görən şirkətlərdən görülən işləri şəxsən təhvil alı rvə bu zaman daha əvvəl işlərin təhvil alınması üçün icra başçsının yaxın adamına şirkətlər tərəfindən «baxım-görüm» edilir. Bu «baxım-görüm» isə görülən işlərin 10 faizi həcmində olur. Əks təqdirdə görülən işlərin təhvil alınması imkansız olur. Çünki çatışmamazlıqlar və görülən işlərin keyfiyyətsizliyi uzaqdan hiss olunur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.