XALQ.AZ xəbər verir ki, Goranboy rayonunda 2 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Qərb bürosunun məlumatına görə, rayonun Qızılhacılı – Boluslu yolunda minik avtomobili ilə motosikletin toqquşması nəticəsində 2 nəfər yaralanıb.
Bunlar motosikletin 1996-cı il təvəllüdlü sürücüsü Əliyev Əfqan Çingiz oğlu və onun 1990-cı il təvəllüdlü sərnişini Mehdiyeva Lalə Kitay qızıdır. Yaralılar xəstəxanaya yerləşdirilib. Hər iki yaralının vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Elgün