Miqrasiya Xidmətinin “Facebook”da rəsmi səhifəsi açıldı

Mayın 15-dən “Facebook” sosial şəbəkəsində Dövlət Miqrasiya Xidmətinin rəsmi səhifəsi fəaliyyətə başlayıb.

XALQ.AZ məlumat verir ki,  məqsəd sosial şəbəkələrin imkanlarından istifadə etməklə DMX-nin fəaliyyəti barədə məlumatlandırma və maarifləndirilmə işini təşkil etmək, hər kəsin miqrasiya orqanlarının fəaliyyəti ilə əlaqədar istədiyi məlumatın sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə qanunla müəyyən edilmiş qaydada əldə olunmasını təmin etmək, vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin suallarını operativ, çevik cavablandırmaq və müraciətlərini qəbul etməkdir.

Səhifədə Xidmətin fəaliyyəti barədə operativ məlumatlar, yeniliklər, miqrasiya qanunvericiliyi, normativ-hüquqi sənədlər, keçirilən görüşlər, tədbirlər, statistika, təşkil edilən səyyar xidmətlər, foto və video materialların yayımı diqqətdə saxlanılacaq.

Dövlət Miqrasiya xidmətinin fəaliyyətini izləmək və təqdim etdiyi məlumatları operativ şəkildə əldə etmək istəyənlər yeni yaradılmış səhifəyə aşağıdakı keçid vasitəsilə qoşula bilərlər:https://www.facebook.com/miqrasiyaxidmeti/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.