Rəis kadr islahatlarından danışdı

“Təbii ki, kadr islahatları daxili kadr idarəçiliyinin bir hissəsidir. Bu, mütəmadi olan prosesdir”.

XALQ.AZ xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov jurnalistlərə açıqlamasında deyib.

Xidmət rəisi bildirib ki, qurumdakı kadr islahatları ilə bağlı mətbuatda müəyyən məlumatlar yer alıb: “O kadrlar ki, cənab prezidentin tapşırıqlarını icra etməyə qadirdir, onların bilik və bacarığı var, biz həmin kadrlarla işləyəcəyik. Təbii ki, bu islahatlar müəyyən şəxslərin kənarlaşdırılmasını istisna etmir. Bizim yanaşmamız ondan ibarətdir ki, işçilərin bilik və bacarığını artıraq, onların bilik və bacarıqlarından maksimum və səmərəli şəkildə istifadə edək. Bununla bağlı müəyyən yerdəyişmələr həyata keçiririk”.

V.Hüseynov, həmçinin qurumda bundan öncə korr­upsiya faktlarının ol­ması ilə bağlı məluma­ta da münasibət bildirib­: “Vətəndaşların müraciətlərini və şikayətlərini təhlil etmişik. Eyni zamanda özümüz apardığımız araşdırmalarda müəyyən istiqamətlər təyin etmişik və ilk addımlara başlamışıq”.

Qurum rəhbərinin sözlərinə görə, Dövlət Miqrasiya Xidməti çalışacaq ki, bütün narahatlıqlar və qeyd edilən iradlar aradan qaldırılsın.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.