Miqrasiya Xidmətinin rəisi İtaliya səfirilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari ilə görüşüb.
XALQ.AZ xəbər verir ki, DMX-dan  verilən məlumata görə, görüşdə Azərbaycan və İtaliya arasında miqrasiya sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.

V. Hüseynov bildirib ki, Azərbaycana gələn əcnəbilərin sayı artıb. O, əcnəbilərin rahatlıqlarının təmin edilməsi məqsədilə miqrasiya qanunvericiliyinin sadələşdirilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib.

Səfir A. Massari ölkələr arasında əməkdaşlıq münasibətlərinin böyük uğurla davam etdiyini və bu əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.

Orxan