MirHəsən Seyidov: “Azərbaycan dövləti Heydər Əliyevin bizə ərmağanıdır”

“Heydər Əliyevə olan inamın kökündə onun bu ölkəni dirçəltmək üçün apardığı mücadilə və qazandığı uğur dayanır”.

XALQ.AZ xəbər verir ki, bu sözləri “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov deyib.

Xalqının uğuru, işıqlı gələcəyi üçün böyük mücadilə aparan dahi liderimiz yaddaşlarda hər zaman əzmi, dövlət üçün etdiyi fədakarlıqlarla qalıb. Hər kəsin Heydər Əliyevə olan inamının kökündə onun bu ölkəni dirçəltmək üçün apardığı mücadilə və qazandığı uğur dayanır.

Azərbaycanı mədəni və iqtisadi tənəzzül dövründən ayağa qaldıran, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrünə çatdıran bir rəhbər olaraq ulu Öndər Heydər Əliyevin ölkəmiz üçün misilsiz xidmətləri var.Xalqına dəyər verən ölkə başçısı ömrünün sonunadək gənclərin hərtərəfli inkişafını təmin etmək,həmçinin  onların problemlərinin həlli, hüquqlarının müdafiəsi sahəsindıə ciddi tədbirlər görüb.  Heydər Əliyev gənc nəslə azad, müstəqil bir Azərbaycan hədiyyə edib aramızdan ayrıldı.

MirHəsən Seyidov bildirib ki: “Dövlətin güclü olmasının təməlində güclü iqtisadiyyat dayanır. Azərbaycan müstəqillik əldə etdikdən sonra tarixində iki fərqli mərhələ olub. Bunlardan biri müstəqilliyin ilk illərində yaranmış xaosdan sonra ölkənin zəifləməsi və uçurumun bir addımlığında olması, digəri isə Ümumilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi fonunda ölkəmizdə iqtisadi-siyasi vəziyyətin stabilləşməsi, iqtisadi islahatların aparılması və həmin vaxtdan bu günədək davam edən inkişaf dövrü”.Onun ideyaları, siyasi irsi, yaratdığı dövlətçilik məktəbi müstəqil və demokratik azərbaycan dövləti cənab Heydər Əliyevin bizə ərmağanıdır”.

Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 1995-ci ildə  Azərbaycan gənclərinin forumu-nun keçirilməsi təşəbbüsünü irəli sürüb. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. “Dövlət gənclər siyasəti haqqında” fərman çox geniş spektri – gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, hüquqların müdafiəsi,ölkənin ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri əhatə edib. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ölkə gənclərinin idmanla məşğul olmalarını da vacib amil hesab edirdi O, eyni zamanda idmançıların beynəlxalq yarışlarda, dünya çempionatlarında iştirakına və idmançıların dövlət qayğısı ilə əhatə olunmasına xüsusi diqqət ayırıb.

“Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi” proqramı, Azərbaycan Respublikasının Prezidenti “Dövlət Gənclər Siyasəti haqqında”, “Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı” haqqında fərmanlar ulu Öndərin öz fəaliyyətində gənclərə verdiyi yüksək diqqət və qiyməti göstərib. Gənclərin xaricdə təhsili ilə bağlı məsələlərə də Ümummilli Lider xüsusi diqqətlə və qayğı ilə yanaşırdı.Həmin gənclər bu gün aparıcı orqanlarda məsul vəzifələrdə çalışırlar.

Ölkəmizdə bütün sahələr-ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda olan inkişafın əsas meyarı ulu Öndər olub. Bu gün isə Ümumilli Liderin müəllifi olduğu inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Çünki Prezident İlham Əliyev ulu Öndərin yürütdüyü siyasətin strateji hədəflərini bütün dünyagörüşünə hopdurmağı bacarıb.

Prezident İlham Əliyev neft, qaz yox, təhsil, insan kapitalının vacib olduğunu, cəmiyyətin, dövlətin inkişafında əsas rol oynadığını bildirib və bu da uğurlu siyasətin nəticəsidir. Məlumdur ki, dövlətimiz uzun illərdir gənclərimizin xaricdə nüfuzlu ali məktəblərdə təhsil alması istiqamətində proqram həyata keçirir. Xarici təhsil müəssisələri ilə ölkəmizdə olan ali təhsil ocaqları arasında əlaqələrin güclənməsinə çalışılır. Çanki artıq neft kapitalı deyil, insan kapitalı ön planda olmalıdır.

Ümummilli Liderin uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün ölkə gəncliyi uğurlu layihələrə imza atır. Ulu Öndən hər zaman bütün istiqamətlərdə irəliləyişlərin olması üçün çalışıb. Ölkə üçün əhəmiyyətli olan görüşlər keçirib. Gənclərə diqqət göstərib, onlarla görüşüb  və böyük ümidlər bəsləyib. Gənclərin ali təhsilli olmasına xüsusi önəm verib, diqqətdə saxlayıb.  O qeyd edib ki:“Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.

Bu günə kimi baş tutan bütün proseslərdə gənclər əsas diqqət mərkəzində olub. Ulu öndər gənclər amilinin əsas amil olduğunu hər zaman qeyd edib. Ölkə gənclərinə olan inamını gənclərin doğrultduğunun şahidi oluruq. İstər böyük tədbirlərə ev sahibliyi etdiyimiz zaman, istər beynəlxalq arenalarda. Ən əsası isə biz aprel hadisələrində güvəniləcək, ümidimizi doğrultmağa qadir olan ölkə gəncliyini gördük və qürur duyduq.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.