Milli Məclis komitələrinə yeni üzvlər seçildi

Milli Məclisin komitələrində boş qalan yerlərə yeni üzvlər seçilib.

XALQ.AZ xəbər verir ki, bu barədə məsələ parlamentin bu gün keçirilən iclasında müzakirə edilib.

Milli Məclisin daxili nizamnaməsinə görə, deputatlar Azər Badamov və Eldəniz Səlimov Gənclər və idman komitəsinin, Hüseynbala Mirələmov isə Mədəniyyət komitəsinin üzvü seçiliblər.

Layihə səsə qoyularaq qəbul edilib.

 

Elgün