Moskva Ukraynalı diplomatları da qovur

Keçmiş kəşfiyyat zabiti Serqey Skripalın zəhərlənməsi ilə bağlı beynəlxalq qalmaqal fonunda Rusiya cavab tədbirləri olaraq 13 ukraynalı diplomatı ölkədən xaric edəcək.

XALQ,AZ xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, Moskva Qərb ölkələrinin ölçülərinə qarşılıqlı cavab verir və müvafiq dövlətlər neçə rusiyalı diplomatı qovubsa, Rusiya da həmin dövlətlərdən olan bərabər sayda diplomatı ölkədən xaric edəcək.

Bundan başqa üç Moldova və bir Rumıniya diplomatının persona non qrata elan edildiyi bildirilir.

Elgün