Moskvada parad

Rusiyanın paytaxtı Moksvada 9 may Qələbə gününün 73 illik yubileyinə həsr edilmiş parada start verilib.
 
XALQ.AZ xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkə rəhbəri Vladimir Putin qarşısında məruzə ilə çıxış edib. Müharibədə həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Qırmızı Meydanda baş tutan bayram paradında 13 min hərbçi iştirak edir və 159 hərbi texnika, 75 hərbi təyyarə göstərilir.
Qeyd edək ki, Rusiya ilk dəfə “Su-57” bombardman təyyarəsini nümayişə çıxarır.
Putinlə birgə İsrailin baş naziri Benyamin Netanyahu da tədbirdə iştirak edib.