MSK DAHA IKI NƏFƏRIN NAMIZƏDLIYINI TƏSDIQ ETDI

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin namizədliyini qarşıdan gələn prezident seçkilərində iştirak üçün təsdiq edib.

Xalq.az-ın verdiyi xəbərə görə, MSK-nın iclasında F.Əliyevin səlahiyyətli nümayəndələri təsdiqlənib. MSK həmçinin Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin də namizədliyini qeydiyyatdan keçirib və onun səlahiyyətli nümayəndələrini təsdiq edib.
Komissiyanın sədri Məzahir Pənahov iclas zamanı qeyd edib ki, müşahidəçilərin qeydiyyatdan keçirilməsi prosesi başlayıb və hal-hazırda 37 ərizəyə baxılıb. O qeyd edib ki, qarşıdan gələn prezident seçkilərində iştirak üçün sənədlərini “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu da təqdim edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir