MTN əməkdaşları Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər

3

 

Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov və nazirliyin əməkdaşları Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri Xiyabanda olublar. Xalq.az xəbər verir ki , , nazirlik əməkdaşları Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

MTN əməkdaşları həmçinin görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə tər gül dəstələri düzülüblər.