Müəllimlər üçün güzəştər-Video

İş yerlərini dəyişmək istəyən müəllimlər üçün yeni qaydalar müəyyən edilib.
XALQ.AZ Xezerxeber.az-ın məlumatına görə,yaşayış yerinə uzaq ərazilərdəki məktəblərdə işləmək istəyən müəllimlərin imtahan əmsalları daha yüksək rəqəmlə hesablanacaq.
İş yerləri dəyişdirilərkən bəzi kateqoriyalara aid müəllimlərə xüsusi güzəştlər ediləcək. Bundan başqa, iş yerlərinin dəyişdirilməsi zamanı yaşadıqları əraziyə yaxın yerdə işləmək istəyən müəllimlərin də balı fərqli əmsalla hesablanacaq. Bu barədə ”Xəzər Xəbər”ə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində insan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə məlumat verib.
Ümumtəhsil müəssisələrinə direktor müavinlərinin də işə qəbulu ilə bağlı dəyişikliklər var.
Müəllimlərin işə qəbulu ilə bağlı yeniliklərdən biri də ondan ibarətdir ki, onların müddətli müqavilə ilə işə qəbulu mərkəzləşmiş qaydada Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizələrin qəbulu 25 iyun – 5 iyul tarixlərində olacaq.