Müəllimlər,polislər,hərbçilər üçün tikilən evlər yenidən satışa çıxarılır

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən may ayında Yasamal Yaşayış Kompleksində ilk sosial mənzillərin satışı təşkil edilsə də, sonradan prosedur dayandırıldı və nəticələr ləğv edildi.
Agentlik bunu mənzil seçimi mərhələsində “Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayı kütləvi xarakter daşıdığına görə portalın artıq yüklənməyə məruz qalması və bəzi vətəndaşların elektron imzadan istifadədə texniki çətinliklərlə üzləşməsi nəticəsində güzəştlə mənzil əldə etmək hüququ olan əksər şəxslərin sistemə daxil olmasında problemlər yaşanması ilə əlaqələndirmişdi.
Mənzil seçiminin yenidən təşkil olunacağı deyilsə də, indiyədək agentlik bununla bağlı hər hansı məlumat yaymayıb.
MİDA-nın mətbuat xidmətinin rəhbəri Diana Dadaşova məsələ ilə bağlı AzVision.az-a açıqlamasında bildirib ki, hazırda sistem üzərində iş gedir.
“Məlumdur ki, mənzillərin ilk satışı zamanı problemlər oldu və biz nəticələri ləğv etdik. Problemlərin yenidən olmaması üçün sistem üzərində iş aparılır. Yekun nəticə haqqında ictimaiyyətə məlumat veriləcək”.[contact-form][contact-field label=”Ad” type=”name” required=”true” /][contact-field label=”E-poçt” type=”email” required=”true” /][contact-field label=”Veb sayt” type=”url” /][contact-field label=”Mesaj” type=”textarea” /][/contact-form]