Mübariz Mənsimov Türkiyədə tərsanə aldı

009

 

Dünyaca məşhur “Palmalı” şirkətlər qrupu “Fiba Holding”lə şərikli biznes qurub. ANS PRESS-in Türkiyənin “Hürriyet” qəzetinə istinadən məlumatına görə, Azərbaycanlı iş adamı Mübariz Mənsimovun sahibi olduğu “Palmalı” şirkətlət qrupu “Fiba Holding”lə birgə İzmit vilayətində tərsanə alıb.

50 milyon avroya alınan tərsanənin adı bundan sonra “Armada Tersanesi” olacaq. Tərsanə artıq gəmi sifarişləri də almağa başlayıb.

“Palmalı” şirkətlər qrupunun təmsilçisi Alaattin Aykaç tərsanəyə 3 gəmi sifarişi verdiklərini deyib: “Bu günə qədər gəmilərimizi başqa tərsanələrdə hazırladırdıq. Artıq öz gəmi sifarizşlərimizi öz tərsanəmizə verəcəyik”.