Mübariz Qurbanlı vətəndaşlarla görüəcək

mubariz

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 24-də Ucar şəhərində Göyçay və Ucar rayonlarının sakinlərini qəbul edəcək.

Komitənin mətbuat xidmətindən XALQ.AZ – a verilən məlumata görə, qəbul Ucar şəhər Heydər Əliyev Mərkəzində (ünvan: H.Əliyev prospekti 153 ) saat 11:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.