Müdafiə naziri Türkiyədə görüşlər keçirib

59

 

Zakir Həsənov həmçinin Türkiyə prezidenti Abdullah Gül tərəfindən də qəbul edilib.

Ankarada səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün bir sıra görüşlər keçirib.

Xalq.az  APA-ya istinadən xəbər verir ki, general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz ilə görüşündə iki ölkə arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Müdafiə naziri Z. Həsənov həmçinin Türkiyə prezidenti Abdullah Gül tərəfindən qəbul edilib. Görüşdə iki ölkə arasında münasibətlər, o cümlədən müdafiə sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyətində müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Ramiz Tahirov. Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq idarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov, Azərbaycanın Türkiyədəki hərbi attaşesi polkovnik Tofiq Qasımov və digər şəxslər təmsil olunurlar.