Müdafiə Nazirliyi silsilə tədbirlər keçirir

Azərbaycan xalqının Ümummilli Llideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, mərkəzi və qarnizon zabitlər evlərində silsilə tədbirlər keçirilir.

XALQ.AZ xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, şəxsi heyət Heydər Əliyev mərkəzlərini, muzeyləri və abidələri ziyarət edir.

Hərbi hissələrdə Ulu Öndərin şərəfli həyat yolu və fəaliyyəti haqqında filmlər təqdim olunur, ictimai-siyasi hazırlıq dərslərində, tərbiyəvi iş saatlarında söhbətlər aparılır və digər mədəni-kütləvi tədbirlər keçirilir.

Elgün