Müdafiə nazirliyinin açıqlaması

 

1

Hərbçilər arasında ölən və ya xəsarət alan yoxdur 

 

Tovuz Mərkəzi rayon Xəstəxanasının baş həkimi Paşa Muradov bildirib ki, Tovuzdakı atışma nəticəsində rayonun Əlibəyli kəndinin iki sakini, 1997-ci il təvəllüdlü Fərid Nəbi oğlu Məmmədov və 1962-ci il təvəllüdlü Anya Qara qızı Ələkbərova yaralanıblar.

XALQ.AZ  APA-ya istinadın xəbər verir ki, onlar Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.

F. Məmmədov ağzından, A. Ələkbərova isə boyun nayihəsindən güllə yarası alıb. Baş həkim bildirib ki, F. Məmmədovun vəziyyətinin ağır olduğunu qeyd edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, Ermənistan silahlı birləşmələri Tovuz istiqamətində atəşkəs rejimini pozub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənə cavab atəşə verir. Hərbçilər arasında ölən və ya xəsarət alan yoxdur.