Mügənni vəsiyyət etdi

1

 

 

Müğənni Roza Zərgərli orqanlarını bağışlamaq istəyir.

Xalq.az-ın məlumatına görə, sənətçi bu haqda sosial şəbəkədəki profilində yazıb.

“Kim bilir, Azərbaycanda donor orqan bankı varmı? Hər gün internet vasitəsilə onlarla, yüzlərlə fərqli xəstəliklərdən əziyyət çəkən insanlar haqqında oxuyuram. Həyat qısadır və hər an başımıza iş gələ bilər. Əgər belə olarsa, cəmiyyətə xeyrimin dəyməsini istəyirəm. Orqanlarımı vəsiyyət etmək arzusundayam. Mənə bir şey olarsa, ehtiyacı olan insanlara verilsin” – deyə R.Zərgərli qeyd edib.