Müğənni ana olduqdan sonra boşanır

54

 

Əməkdar artist Lalə Məmmədova boşanmasından danışıb.

Gün.Az xəbər verir ki, sevilən sənətçi “Pərdə” verilişində qonaq olan zaman boşanması ilə bağlı dolaşan xəbərlərin həqiqət olduğunu deyib.

Rəsmən hələ də evli olduqlarını bildirən L.Məmmədova boşanma prosesinin uzanacağını istisna etməyib.

“İndi istəsəm də, boşana bilmərəm. Bətnimdə övladım var, ikinci dəfə ana olacam.

Biz insanlar heç bir şeydən sığortalanmamışıq. Övladım dünyaya gəldikdən sonra məsələ aydınlaşacaq. Mənim üçün hər şey artıq müəyyən olunub, sadəcə bu haqda danışmaq istəmirəm. Boşanacam”.

Xatırladaq ki, bir müddət öncə Lalə Məmmədovanın həyat yoldaşı İlham Qafarov mətbuata açıqlamasında olaya münasibətini bildirmişdi:

“Boşanıb, boşanmamağımız barədə suallara mən yox, Lalə cavab verir. Onunla boşanmaq xəbərinə mən şərh vermək istəmirəm. Bu, mənim ailə məsələmdir. Bu barədə danışmayacam”.

İlham Qafarovla ailəli olan Lalə Məmmədovanın Səba adında bir qızı var.