Mügənni ana olmağa hazırlaşır

demet

Bu ay Bakıda konsert verməyə hazırlaşan türkiyəli müğənni Dəmət Akalın hamilə olduğunu etiraf edib.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “Twitter”dəki profilində yazıb.

Apreldə Okan Kurtla nikah masasına oturan Dəmət sənət dostlarının təbriklərinə sosial şəbəkə vasitəsilə cavab verib:

“Sirrimi saxlayan sənətçi dostlarım var. Hamısı xoşbəxtliyə layiqdir. Mənə dəstək olan Esra Erol, Seren, Deniz hamınıza təşəkkür… Seren məndən çox sevindi. Bu siyahı uzanır. Gözəl dostlarım var imiş…”.

Qeyd edək ki, Dəmət Akalın bu ay bəstəkar Gövhər Həsənzadənin rəhbərlik etdiyi “Govkhar group”un təşkilatçılığı ilə Bakıda konsert verəcək.