Mügənnilər mukafatlanacaq

 

57

“Lider” telekanalında yayımlanan “Zirvədəkilər” müsabiqəsinin final günü bəlli olub.

Xalq.az Axşam.az-a istinadən  məlumatına görə, müğənnilərin hit mahnılarını səsləndirdikləri yarışmada ən çox dinlənilən musiqi mükafat qazanacaq.

Bir neçə aydır davam edən səsvermənin nəticələri mayın 5-də Niel restoranında baş tutacaq gecədə açıqlanacaq. Mərasimdə tanınmış simalar iştirak edəcək. Layihənin rəhbəri, rejissor Nail Naiboğlu gərgin hazırlıq prosesinin davam etdiyini bildirib:

“Möhtəşəm bir gecə hazırlayacağıq. Gecənin aparıcıları müğənni-rəqqasə Sevda Sanəliyeva və Rus Dramatik Teatrının aktyoru Elşad Süleymanov olacaq. İlin ən çox dinlənilən mahnısının sahibinə mükafat veriləcək. Mükafatlar Türkiyədə hazırlanır”.

Gecənin informasiya dəstəyi Axşam.az saytına məxsusdur.