Murad Dadaşovdan mağazası ilə bağlı danışdı

5

 

Şoumen Murad Dadaşov metronun “İçərişəhər” stansiyasının yaxınlığında yerləşən “Cote dAzur” şirniyyat mağazasının bağlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
XALQ.AZ məlumatına görə, “Qafqazinfo”ya açıqlamasında şoumen mağazasının təmir  olunduğu üçün bağlandığını və tezliklə yenidən istifadəyə veriləcəyini bildirib:

“Mağaza bağlanmayıb. Bunlar yalan xəbərlərdir. Mağazada təmir işləri gedir, ustalar işləyir, tezliklə yeni dizaynda istifadəyə veriləcək. Hazırda sifarişlər qəbul olunur. Biz mağazanın pəncərəsinə də yazmışıq ki, təmirdədir”.