Müsəlman dünyasında ilk demokratik Respublika

 

43

Pakistanın nüfuzlu “Pakistan Observer” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarovun “Müsəlman dünyasında ilk demokratik Respublika” adlı məqaləsi dərc edilib.

Xalq.az xəbəbr veriri ki,  məqalədə, 1917-ci ildə baş vermiş inqilabın nəticəsində Rusiya imperiyasının süquta uğradığı, ölkənin hər bir hissəsində xaosun hökm sürdüyü vurğulanıb.

Qeyd edilib ki, bundan sui-istifadə edən Bakı Kommunasının erməni millətçiləri, 1918-ci ilin fevral-mart aylarında Azərbaycanın müxtəlif şəhərlərində kütləvi qırğınlar törətmiş, minlərlə günahsız insanları qətlə yetiriblər.

D.Şikarov bildirib ki,  bu zorakılığın qabağının  alınması və azərbaycanlıların xilas edilməsinin yeganə yolunun Xalq Cümhuriyyətinin və Milli Ordunun yaradılması idi.

Məqalədə səfir qeyd edib ki, 1918-ci ilin 28 May tarixində Müsəlman Milli Şurası tərəfindən Tiflis şəhərində Müstəqillik Aktı qəbul edilib və bununla da Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Yazıda,  16 iyun tarixində Milli Şura və AXC-i hökumətinin kabinetinin Gəncə şəhərinə köçdüyü və yeni qurulmuş  hökumətin əsas vəzifəsinin Bakı və Azərbaycanın digər şəhərlərinin azad edilməsi olduğu vurğulanıb.

Səfir, 5 aprel 1918-ci ildə Azərbaycan və Türk əsgərlərindən ibarət Qafqaz İslam Ordusunun təsisi edildiyini vurğulayıb,  bildirib ki, bundan dərhal sonra Qafqaz İslam Ordusu 20 minlik bolşevik-erməni qoşunlarının hücumuna məruz qalıb, lakin məğlubiyyətə uğrayaraq geri çəkilməyə məcbur olub. Əks hücuma keçən Azərbaycan Ordusu Bakı da daxil olmaqla ölkəmizin işğalda olan bütün şəhərlərini azad edib.

Bakı azad olduqdan sonra, 16.11.1918-ci il tarixində Milli Şuranın Bakı şəhərinə  köçdüyünü bildirən D.Şikarov, 7 dekabr 1918-ci ildə Şərqdə ilk parlamentin təsis edildiyini yazıb. Daha sonra 1920-ci ilin 11 yanvar tarixində Azərbaycan Demokratik Respublikasının de-fakto olaraq Paris Sülh Konfransı tərəfindən tanındığını və dünyanın 20 ölkəsi ilə əlaqələr qurduğunu vurğulanıb.

Məqalədə eyni zamanda, Azərbaycan Demokratik Respublikasında aparılan islahatlar və dövlət quruculuğu işləri haqqında geniş  məlumat verilib. Bildirilib ki, ölkədə müasir ordu qurulub, hakimiyyətin icra, qanunverici və məhkəmə qanadlarının ayrılması məsələsi təmin edilib, konstitusiya islahatlarına, insan hüquqları və azadlıqlarını təmin edən cinayət məcəlləsinin hazırlanması istiqamətində əməli işlər görülüb. Respublika hökuməti tərəfindən ermənilərin Azərbaycanda törətdiyi cinayətlərə istintaq edən xüsusi komissiya təsis edilib, vətəndaşlıq, dövlət atributları və bir sıra digər qanunlar qəbul olunub. Hətta ABŞ və Böyük Britaniyadan öncə və ilk dəfə müsəlman dünyasında qadınlara səsvermə hüququ verilib.

Məqalədə həmçinin, iqtisadi sahədə geniş islahatların aparıldığı,  müstəqil maliyyə sisteminin yaradılması, Bakı-Batumi neft kəmərinin yenidən qurulması, Xəzər donanmasının təsis edilməsi, azad ticarət haqqında qanunun qəbul edilməsi barədə məlumat verilib.

Müəllif  bildirib ki, Xalq Cümhuriyyəti  fəaliyyətinin ilk günlərindən Azərbaycanda təhsilin inkişafına xüsusi diqqət göstərib. Belə ki, hökumət, Azərbaycan dilini məcburi fənn kimi tədris proqramına daxil edib, Bakı Universitetini təsis edib, yüzlərlə gəncə xaricdə təhsil almaq üçün təqaüdlər ayırıb.

Yazıda, ADR-in 28 aprel 1920-ci ildə süquta uğradığı vurğulanıb, yalnız 71 ildən sonra Azərbaycan xalqının iradəsi ilə müstəqil Azərbaycan Respublikasını bərpa edildiyi bildirilib.

Yazıda, Azərbaycanın hazırda dünyanın ən dinamik inkişaf edən ölkələr sırasında olduğu, ölkədə irimiqyaslı qaz və neft, infrastrukturun  yenidənqurulması, tikinti və digər sahələrə aid layihələrin icra edildiyi vurğulanıb.

Azərbaycanın xarici siyasəti haqqında məlumat verən səfir, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin maraqlarına əsaslanan xarici siyasətin yürütdüyü, Avropa və Asiya sərhədində yerləşən Azərbaycanın hər iki kontinentin beynəlxalq strukturlarına inteqrasiya olduğunu qeyd edib.

D.Şikarov məqalədə Azərbaycan-Pakistan münasibətlərinə xüsusi yer ayıraraq, bu əlaqələrin  yüksək səviyyədə olduğunu, onların həyatın demək olar ki, bütün sahələrini əhatə etdiyi bildirib.

Məqalələrin tam mətnini ilə aşağıdakı linkdə oxumaq mümkündür.

http://pakobserver.net/detailnews.asp?id=242703

 

44