Musa Qurbanlı millimizə çağırıldı

Xəbər verdiyimiz kimi, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması aprelin 9-dan 16-dək Bosniya və Herseqovinada təşkil olunacaq UEFA İnkişaf turnirində iştirak edəcək.

XALQ,AZ xəbər verir ki, turnirə hazırlıq məqsədilə aprelin 3-dən 8-dək Bakıda təlim-məşq toplanışı keçirəcək millimizin heyəti açıqlanıb.

Millimizin və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı da yığmaya dəvət olunub. Aprelin 13-də 16 yaşını tamamlayacaq Musa cari mövsümdən elə atasının çalışdığı “Qarabağ”da çıxış edir.

Qeyd edək ki, millimiz aprelin 11-də Makedoniya, 13-də Xorvatiya və 15-də Bosniya və Herseqovina yığmaları ilə qarşılaşacaq.

Elgün