Musiqili Teatrın kollektivi Təbrizdən qayıdıb

musiqilidram

Azərbaycan Dövlət Musiqili Teatrı İran İslam Respublikasında keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında iştirakını başa vuraraq Təbrizdən vətənə qayıdıb. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Musiqili Teatrın bu nüfuzlu festivalda iştirakı çox uğurlu və yaddaqalan olub. “Əminliklə deyə bilərəm ki, bizim bu səfərimiz çox səmərəli və uğurlu oldu. Düşünürəm ki, dünyanın təqribən 20 ölkəsinin teatrlarının qatıldığı bu beynəlxalq festivalda ölkəmizi layiqincə təmsil etdik. Mən festivalının açılış mərasimində çıxış etdim. Çağdaş Azərbaycan teatrı haqqında məlumat verdim, müasir dünya teatr sənətində gedən proseslərlə bağlı fikirlərimi bülüşdüm. Teatrımız festivalda Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” iki hissəli musiqili komediyasını nümayiş etdirdi. Tamaşanın nümayişi böyük çoşqu və anşlaqla keçdi. Tamaşaçıların bizə olan sevgisini sözlə ifadə etməkdə çətinlik çəkirəm. Məhz Təbrizli tamaşaçıların xahişi ilə “Ər və arvad” tamaşasını ikinci dəfə nümayiş etdirdik. Teatrımızın üç üzvü festivalın mükafatına layiq görüldü. Əməkdar artistlər Nahidə Orucova “Ən yaxşı qadın rolunun ifaçısı”, Ələkbər Əliyev və Əkbər Əlizadə isə “Ən yaxşı kişi rolunun ifaçısı” nominasiyası üzrə qalib oldular. Eyin zamanda biz fürsətdən istifadə edərək Azərbaycan nümayəndə heyətinin üzvləri ilə birlikdə böyük şair Məhəmmədhüseyn Şəhriyarın məqbərəsini və Təbriz şəhərində yerləşən