Müşviq Əmirov yeni rektordan danışdı

musviq

Yeni universitetin rektoru tezliklə bəlli olacaq

“İnformasiya Texnologiyaları Universitetinin tələbələri hələ ki, Azərbaycan Diplomatik Akademiyasında (ADA) təhsil alacaqlar”.

AzVision.az-a açıqlamasında bu sözləri Rabitə və İnformaisya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov məlumat verib. Onun sözlərinə görə, hələ ki, tələbələr ADA-da təhsil alacaqlar.

Müşfiq Əmirovbildirib ki, yaxın vaxtlarda universitetin öz binası da hazır olacaq. Eyni zamanda universitet rektor da təyin ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan “Azərbaycanda İnformasiya Texnologiyaları Universiteti bu ilkeçid balı 610 olub. 60 plan yeri uğrunda rəqabətli konkurs şəraiti yaranıb və bütün yerlər tutulub. Birinci qrupa sənəd verən abituriyentlərin əksəriyyəti ixtisas seçimində ilk sıralarda İTU-nu qeyd ediblər.