Muxalifət illərdir qərarsızdır

siyav

Yeni Azərbaycan Partiyası (YAP) Milli Şura üzvü Mehman Əliyevin iqtidar-müxalifət dialoqu ilə bağlı təklifinə münasibət bildirib.

Hakim partiyanın icra katibinin müavini, deputat Siyavuş Novruzov YAP-ın müxalifətlə dialoq hazır olduğunu deyib.

S.Novruzovun fikrincə, dialoqun indiyədək baş tutmama]ı müxalifətin qərarsızlığından irəli gəlib:

“Biz uzun müddətdir bu məsələni deyirik. Daim dialoqa hazırıq. Amma müxalifətdə dialoq getmək potensialı olan insan yoxdur. Birinci növbədə Milli Şura öz daxilində nizam-intizam yaratsın. Yersiz ittihamlara son qoysun. Ondan sonra fikir mübadiləsi aparsınlar. Onlarda konkretlik yoxdur. Biz hər zaman dialoqa hazırıq”-deyə YAP təmsilçisi Milli Şuranın dialoq təklifinə cavab verib.

Qeyd edək ki, Milli Şuranın üzvü, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Modern.az-a açıqlamasında müxalifətlə iqtidarın dialoq getməsinin vacib olduğunu deyib. Onun sözlərinə görə, seçkiöncəsi belə bir dialoqun olması mühüm əhəmiyyət kəsb edir.