Muxtar Babayev türkiyəli səfirlə görüşüb

Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral arasında tanışlıq görüşü keçirilib.

XALQ.AZ xəbər verir ki, bu barədə  Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında ətraf mühit, meşələrin mühafizəsi, su bioresurslarının davamlı idarə edilməsi və ekoloji monitorinq sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

 

Elgün