Nazirliyə aparat rəhbəri təyin olundu

Ekologiya və Təbii Sərvətlər nazirliyinə yeni aparat rəhbəri təyin olunub.

XALQ.AZ xəbər verir ki, nazir Muxtar Babayevin əmri ilə Kərimov Vüqar Nəzir oğlu qurumun aparat rəhbəri təyin olunub.

Məlumatı Unikal.org saytına Ekologiya və Təbii Sərvətlər Nazirliyindən təsdiqləyiblər.

Qeyd edək ki, Vüqar Nəzir oğlu Kərimov bundan əvvəl “Azərikimya” İB-nin İcraçı direktorunun əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini vəzifəsində çalışıb.

 

 

Orxan