Nərgiz Paşayeva mükafata layiq görüldü

Dövlətlərarası “Birlik ulduzları” mükafatının təqdim edilməsi üzrə Şura incəsənət, elm və təhsil sahəsində görkəmli nailiyyətlərə görə 2017-ci ilin laureatlarını elan edib.
XALQ.AZ xəbər verir ki, MDB İştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) bu barədə məlumat verib.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Nərgiz Paşayeva elm sahəsində “Birlik ulduzları” mükafatına layiq görülüb.

Məlumatda deyilib: “Münsiflər heyətinin qərarı ilə mükafatlara səkkiz namizəd layiq görülüb”.

Laureatlar arasında SSRİ Xalq artisti, alt alətində çalan və dirijor Yuri Başmet (Rusiya), skripkaçı Ayman Musaxacayeva (Qazaxıstan), şair Nizom Kosim (Tacikistan), ədəbiyyatşünas Abdıldajan Akmataliyev (Qırğızıstan), bir idmançı – belaruslu biatlonçu Darya Domraçeva və başqaları var.

Mükafatlar MDB İştirakçısı olan dövlətlərin yaradıcı və elmi ziyalılarının iyunun 19-20-də Astanada keçiriləcək XIII forumunda təntənəli mərasimdə təqdim olunacaq.

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.