Nərimanovda “Şahin” hərbi-idman oyununun birinciliyi keçirilib

“Şahin” hərbi-idman oyununun Nərimanov rayon birinciliyi keçirilib FOTOLAR

Nərimanov Rayon Gənclər və İdman İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin birgə təşkilatçılığı ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların “N” saylı hərbi hissəsində “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilib .XALQ.AZ xəbər verir ki, “Şahin” hərbi-idman oyununun keçirilməsində əsas məqsəd böyüməkdə olan nəslə hərbi vətənpərvərlik tərbiyəsini aşılamaq və məktəb şagirdlərini hərbi-idman oyunlarında daha aktiv iştirakını təmin etməkdir.

Yarışda rayonun 21 məktəb komandası iştirak edib. 294 məktəblidən ibarət komandaların 84 nəfərini qızlar təşkil edib.Nəticələrə əsasən I yerə 212 saylı məktəbin komandası, II yerə 258 saylı məktəbin komandası, III yerə isə 82 saylı məktəbin komandası layiq görülüb. Yarışda I, II və III yerləri tutmuş komandalar Nərimanov Rayon Gənclər və İdman İdarəsi tətəfindən müvafiq dərəcəli diplom, kubok və medallarla təltif olunublar. Qalib komanda məktəblilər arasında şəhər üzrə zona birinciliyinə vəsiqə qazanıb.

Xatırladaq ki, yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Veteranlar Təşkilatının birgə təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçirilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir