NəzərMedia.az İnformasiya portalının 4 yaşı oldu

Nəzər Media.az İnformasiya portalının təsisindən 4 il ötür. Portal 2013-cü ilin aprel ayının 6-da ictimaiyyətə təqdim olunub.
Portalın təsisçisi və hal-hazırda baş redaktoru Nəzərbəy Hacıağayev Nəzər Media.az haqqında fikirlərini bölüşüb: “Nəzər Media.az sizə hər gün ölkəmizdə və dünyada baş verən siyasi-ictimai, mədəniyyət, idman tədbirləri ilə bağlı xəbərləri operativ şəkildə çatdırır. Ölkəmizdə, cəmiyyətimizdə baş vermiş istənilən hadisə daim bizim diqqətimizdə olur. Müstəqil fəaliyyətimiz isə hadisələrə daha neytral və ədalətli yanaşmağımız üçün bir zəmindir. Bu illər ərzində Nəzər Media.az İnformasiya portalı bizimlə fəal əməkdaşlıq edənləri də fərqləndirməyi bacarıb. Belə ki, Nəzər Media.az 2 yaşından etibarən hər il bizimlə fəal kontaktda olan şəxslərə Nəzər Media.az-ın dostu mükafatını təqdim edir. Bu mükafat indiyədək cəmiyyətimizdə müxtəlif sahələrində fəaliyyət göstərən bir sıra şəxslərə verilib. Nəzər Media.az-ın dostu mükafatına ilk layiq görülən şəxs isə bir zamanlar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi olmuş, hal-hazırda Cənubi Sudanda BQXK-də beynəlxalq missiyasını icra edən Bayram Vəliyevdir. Bir daha bütün kollektivimizi Nəzər Media.az-ın təsis günü münasibəti ilə təbrik edirəm”.
Biz də XALQ.AZ olaraq Nəzər Medianın bütün əməkdaşlarını təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.