Prezident Əli Abdullayevi nazir müavin təyin etdi

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilib.

XALQ.AZ -ın məlumatına görə, bu vəzifəyə Əli Abdullayev İzzət oğlu təyin edilib.

Qeyd edək ki, bundan öncə Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşənə qədər Ə.Abdullayev 23.06.2016-cı il tarixindən rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsində işləyib.